• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1787
— 05.11.2022 21:35

Gəncədə Ali məktəblərdə Zəfər günü çoşqusu yaşanıb

KepezTV Player

Zəfər Günü münasibətilə Gəncə Dövlət Universitetində baş tutan təntənəli bayram tədbirində müharibə zamanı düşmən tərəfindən Gəncə və digər şəhərlərin hədəfə alındığı, xeyli sayda dinc sakinin həlak olduğu, yaralandığı, mülki infrastruktura ciddi ziyan dəydiyi vurğulanıb. Azərbaycan əsgərinin düşmənə layiqli cavab verdiyi, işğal altında olan torpaqlarımızı azad etməklə qələbə sevincini yaşadığına diqqət çəkilib. Vətən müharibəsində qazanılan zəfərin hərb tariximizə qızıl hərflərlə yazıldığı xatırladılıb. Torpaqlarımızın erməni işğalçılarından azad edilməsində Gəncə Dövlət Universitetinin əməkdaşları və tələbələri də cəbhəyə yollanıb, onlardan 18 nəfəri şəhidlik zirvəzinə ucalıb. Azərbaycan bayrağını düşmən taptağı altında olan torpaqlarda dalğalandıranların dövlətin qayğısı və diqqəti ilə əhatə olunduğu vurğulanıb. Tədbir Gəncə Dövlət Universitetinin tələbələrinin hazırladığı musiqili, ədəbi-bədii proqramla davam edib.

Azərbaycan Dövlət Aqrar Universitetində də Zəfər Günü təntənəsi yaşanıb. Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı Qələbədən, hərbçilərimizin döyüşlərdə göstərdiyi şücaətindən, xalq-iqtidar-ordu birliyindən danışılıb. Xalqımızın 30 il ərzində torpaqlarımızın işğaldan azad ediləcəyinin ümidi ilə yaşadığı, həsrətin 44 gün ərzində yekunlaşdığı və zəfər sevincinin yaşandığı vurğulanıb. Universitetin müharibə iştirakçısı olan təmsilçiləri keçilən şərəfli döyüş yolundan, ordumuzun müharibədəki rəşadətindən bəhs ediblər, şəhid olanların xatirələrinin qəlblərdə əbədi yaşayacağı xatırladılıb. Sonda tələbələrin hazırladığı bədii hissə nümayiş olunub.