• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 731
— 03.11.2022 16:38

YAP-ın yeni ərazi təşkilatları yaranıb

KepezTV Player

Göygöl rayonunda Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 30-cu ildönümü münasibətilə tədbir keçirilib. Əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsi və Şəhidlər Xiyabanı ziyarət olunub. Yeni Azərbaycan Partiyasının 30 illik fəaliyyətindən bəhs edən videoçarx nümayiş etdirildikdən sonra siyasi qurumun keçdiyi şərəfli yola nəzər salınıb, fəaliyyəti ilə xalqın partiyasına çevrildiyinə diqqət çəkilib. Ümummilli lider Heydər Əliyevin uzaqgörənliyi və qətiyyəti nəticəsində yaradılan Partiyanın hazırda prezident İlham Əliyevin sədrliyi ilə dövlətin, xalqın və vətənin mənafeyə ləyaqətlə xidmətindən söz açılıb. Vətən Müharibəsində qazanılan tarixi qələbənin bunun bariz nəticəsi olduğu vurğulanıb. Natiqlər Yeni Azərbaycan partiyasının Göygöl rayon təşklatının fəaliyyətinə də toxunublar. 85 ərazi ilk partiya təşkilatında birləşən 5858 üzvdən 2947-nin gənc, 1674 nəfərinin isə qadın olduğu diqqətə çatdırılıb. Son 9 ayda 434 nəfər üzvlüyə qəbul edilməklə 2 yeni ərazi təşkilatı yaradılıb. Sonda YAP sıralarına yeni qoşulanlara üzvlük vəsiqələri, rayonun ictimai həyatında fəal iştirakına görə bir qrup partiya fəalına isə fəxri fərmanlar təqdim olunub.