• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1218
— 03.11.2022 12:53

Ağdamda dörd minadan ibarət tələ-minası aşkarlanıb

KepezTV Player

Minatəmizləmə Agentliyi tərəfindən işğaldan azad olunan ərazilərdə aparılan təmizləmə əməliyyatları zamanı mütəmadi olaraq tələ minaları, ölüm ehtimalını artıran mina-sürprizlərə rast gəlinir. Belə ki, Ağdam rayonunun Orta Qərvənd kəndi ərazisində aparılan təmizləmə əməliyyatları zamanı mülki təyinatlı ərazilərin ətrafında 1 ədəd tank əleyhinə TM-62P3 minasının üzərinə 1 ədəd piyada əleyhinə PMN-2 minasının, eləcə də 3 ədəd üst-üstə yerləşdirilən tank əleyhinə TM-62P3 minasının üzərinə 1 ədəd piyada əleyhinə PMN-2 minasının yerləşdirilməsi faktları aşkar edilib.

Tərkibində 7 kq partlayıcı maddə olan tank əleyhinə mina texnikanın sıradan çıxarılması üçün nəzərdə tutulub. Aşkar olunan tank və piyada əleyhinə minalardan ibarət üst-üstə qoyulan tələ-minalarının partlayışı nəticəsində nəinki insanın sağ qalma ethimalı, hətta texnikanın hər hansı bir hissəsinin yararlı halda qalması sıfıra bərabərdir.