KepezTV Player
İki il öncənin 3 noyabr tarixində, Vətən Müharibəsinin 38-ci günündə düşmən Füzulini "Smerç" ilə atəşə tutub. O cümlədən Ağdam və Ağcabədi rayonlarının ərazisi atəşə tutulub.Düşmən itkilər verərək geri çəkilməyə məcbur edilib.Zəngilan istiqamətində kəşfiyyat-diversiya qrupu darmadağın edilib. Ermənistan silahlı qüvvələrinin Xankəndi yaxınlığında yerləşən daha iki sursat anbarları məhv edilməsinin videogörüntüsü yayılıb. Düşmənin snayper qrupu və bir PUA-sı, tank taborunun komandiri, bir neçə tankı,motoatıcı alayının komandiri və topları məhv edilib. Ermənistanın alay komandiri fərarilik edib, hərbçilər isə itkin düşüb. Tərtərə atılan fosforlu mərmi zərərsizləşdirilib.
- Baxış: 362