• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1337
— 02.11.2022 12:10

Baş nazir və Prezident Administrasiyasının rəhbəri Şərqi Zəngəzura səfər edib

KepezTV Player

Baş nazir Əli Əsədov və Prezident Administrasiyasının, Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli məqsədilə yaradılmış Əlaqələndirmə Qərargahının rəhbəri Samir Nuriyevin başçılığı altında aidiyyəti dövlət qurumlarının rəhbər şəxslərindən ibarət heyət Şərqi Zəngəzura səfər edib. Nümayəndə heyəti Zəngilan, Qubadlı və Laçında olub. Səfər çərçivəsində baxış keçirilən bütün yerlərdə yenidənqurma və bərpa işlərinin, habelə infrastruktur layihələrinin icrasının Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq yerinə yetirilməsi istiqamətində aidiyyəti qurumların rəhbərlərinə lazımi göstərişlər və tapşırıqlar verilib.