Bu günə xəbərlərin oxunma sayı: 666
—
02.11.2022 12:19
Azərbaycanda Türkiyə hərbçilərinin mandatı daha bir il uzadılıb
KepezTV Player
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzindəki Türkiyə hərbçilərinin mandatının daha bir il uzadılması barədə qanun layihəsini təsdiqləyib. Qanun layihəsi Türkiyə Böyük Millət Məclisində müzakirə olunub və qəbul edilib. 2020-ci ilin noyabrında Türkiyə Böyük Millət Məclisi Türkiyə Silahlı Qüvvələrinə Azərbaycana hərbçi göndərmək üçün bir illik səlahiyyət verib. Atəşkəsə nəzarət üzrə Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi Ağdamda yerləşir.
- Baxış: 425
