Oktyabrın 31-də Soçi şəhərində Azərbaycan Prezidenti İlham Əliyev, Rusiyanın dövlət başçısı Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyanın iştirakı ilə üçtərəfli görüş keçirildi. Bu görüş bir çox məqam və məramlarına görə maraq kəsb etdi, amma nədənsə sosial şəbəkələrdə Soçidəki çətiraltı şəkillər daha çox diqqət çəkdi. Ermənistan baş naziri Nikol Paşinyan Rusiya prezidentinin çətiri altında dayanıb. Bu dəmdə adam demək istəyir ki, ay Nikol islanmışın yağışdan nə qorxusu?! fəqət yada düşür ki, islansa da, islanmasa da o, hər zaman sığınıb. Ya Putinin çətirinə, ya Makronun xətirinə...Bizim isə xətrimiz xoş, çətrimiz səma rəngində, sətrimizi isə düz üzünə olub... Elə şəkildəki kimi...
Şeytan detallarda gizlənir. Diplomatiyanın yazılmayan qanunlarından biri də budur. Azərbaycan Rusiya və Ermənistan liderlərinin Soçidə keçiriləcək görüşü ərəfəsində qəribə hadisələr baş verirdi. Vladimir Putinə ermənistandan gələn politoloq “Qarabağın axırı nə olacaq” məzmunlu sual verir; Rusiya Prezidenti eyham vurur ki, əgər ermənilər Vaşinqtonun təklif etdiyini qəbul edirsə onda biz heç nə edə bilməyəcəyik; paşinyan həmişəki kimi gah nala, gah mıxa vurur amma heç birini tutuzdura bilmirdi. Və ən son Xankəndində ermənilər mitinq keçiridi. Mitinqin kimin tərəfindən təşkil olunduğu, ora ernənilərin hansı yollarla gətirildiyi o qədər maraqsız detaldır ki, bunun üzərindən keçmək lazımdır.
Və Soçi görüşü baş tutdu. Soçidə əsas mövzu sülh olmalı idi. Amma nədənsə o boyda həngamənin qəhrəmanı “çətir” oldu! Hərə öz çətiri ilə gəlmişdi! Paşinyan isə Rusiyanın çətirinə sığınmışdı! Obrazla danışsaq detallarda gizlənmiş detal elə həmin çətir oldu! “Çətiraltı” desək: Ermənistan kiminsə yanına qısılmadan yaşaya bilmir. Amma problem ondan ibarətdir ki, ermənilər hələ də öz çətirlərini düzəltmək nədi heç onu özləri tuta bilmirlər!Beləliklə Soçi görüşü də tarix oldu! Dağlıq Qarabağ münaqişəsi kimi
Moskva, Minsk, Vaşinqton, Brüssel- şəhərləri və ya sülh platformaları nə cür istəyirsiz adlandırın amma burda hər məqam gəlir və Bakıda dayanır! 44günlük müharibənin nəticəsi həm də ondan ibarətdir ki, münaqişənin açarı artıq Bakıdadır! Diaspor, din təəssübkeşkiyi, güclənən azərbaycanı istəməyən dairələr-bütün bunlar olacaq, təəssüf ki, biz bundan xilas ola bilməyəcəyik. Əgər bizim din qardaşlarımız belə silahının lüləsini bizə qarşı tuşlayıbsa onlardan nə gözləyək?!
- Baxış: 359