• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2075
— 30.10.2022 20:41

Arıqlamaq üçün sağlamlığımızı təhlükəyə atmayaq

KepezTV Player

Artıq çəki problemi orta yaş dövrlərində daha çox nəzərə çarpır.  Uşaq vaxtı sadə görünən məsələ zamanla çox ciddi xoşagəlməz nəticələrə səbəb ola bilər. Hazırda bu problemdən əziyyət çəkənlərə tez-tez rast gəlinir. Ən önəmlisi isə insanlar arıqlamaq üçün yalnış yolları seçirlər. Buda onların sağlamlıqlarını itirmələrinə gətirib çıxarır.

Arıq, incə, zərif olmaq tək fiziki cəhətdən yox həm də, sağlamlıq baxımından önəmli faktordur. Son zamanlar isə həkimə məsləhət eləmədən, öz bildiyi yalnış yollarla arıqlamaq istəyənlərin sayı artır. Buda ciddi fəsadlara yol açır.

Bəzi hallarda isə mənşəyi bilinməyən dərman vasitələrinin qəbulu. arıqlama adı altında çaylar insanların sağlamlığını itirməsinə gətirib çıxarır.

Heç bir əziyyət çəkmədən tibbi cəhətdən sağlam və təhlükəsiz arıqlama metodu var. Hansı ki, hazırda dünyada eləcə də Azərbaycanda həkimlərin ən çox məsləhət gördüyü üsul mədyə balon yerləşdirərək arıqlama üsuludur. Bu haqqda həkim Ülvi maçanov danışacaq.

Sağlamlıq nə mağazada satılır nə də onu pulla ala bilərik. Ona görə də, onu qorumaq ən vacib məsələlərdən biridir. Unutmayaq ki, artıq çəki eləcə də  xəstəlik bizim alacağımız önləmlərdən daha güclü deyil.

Nərgiz Əhmədqızı