• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 981
— 30.10.2022 20:39

Müasir dövrdə kitab və çapların önəmi

KepezTV Player

Tələbələr tədris olunan fənnlə bağlı məlumatları istədikləri mənbədən toplamaqda azaddırlar. İstər internetdən tapırlar, ya da kitablardan əldə edirlər. Ancaq internetdəki informasiyaların nə dərəcədə dəqiq olması və ya tədrislə uzlaşmasını dəqiq demək çətindir. Bu da kitabların önəmini bir daha xatırladır.

Yusif Mehdiyev Ttələbə:Elə olur ki, dərslər pdf formasında atılır, internet vasitəsilə öyrənirik. Elə dərslər də olur ki, ancaq kitaba müraciət etmək lazım olur. Dərslərin ağırlığından asılı olaraq dəyişir. Kitablara nisbətən bu dövrdə daha çox internetdən istifadə edirəm, internet daha əlçatandır

Hicran Poladova tələbə:Müasir dövrdə hər iki versiyadan geniş istifadə edirik. İnternet hər yerdə mövcuddur, ona görə hər iki versiya əlverişlidir və hər kitabxana bunları təmin edir.

Göyçək Ağayeva tələbə:Kitablara daha çox üstünlük verirəm. Kitabdan araşdırmaq mənim üçün daha maraqlıdır. Kitabxanada istədiyim məlumatı tapa bilirəm, ona görə internet resurslarına ehtiyac qalmır.

Gəncə Dövlət Universitetinin kitabxanası 1938-ci ildən fəaliyyət göstərir. Kitabxana 1 filial, əsaslı kitabxana və 3 qiraət zalından ibarətdir. Burada oxucuların maraqlarına uyğun olaraq hər il yeni kitablar əlavə olunur. GDU-nun kitabxanasının tərkibindəki qızıl fond 1155 kitabdan ibarətdir. Buradaki  kitablar içərisində ən qədimi, 18-ci əsrə aid, üz qabığı ceyran dərisindən olan “Qurani-Kərim”-dir. Kitabxanada həmçinin Molla Nəsrəddin jurnalının orjinal versiyası və daha bir çox dəyərli kitab da mövcuddur. Müasir dövrlə əlaqəli olaraq, universitetin kitabxanası onlayn da fəaliyyət göstərir və müəllimlərin kitablarının pdf forması mövcuddur.

Ayşən Əhmədova GDU-nun kitabxana müdiri: Ənənəvi formadan daha çox virtual formada xidmət göstəririk. Tələbələrimiz mailimizə sorğularını yazır, biz isə kitabların pdf formasını onlara göndəririk. Tələbələrimizin kitablara marağını artırmaq üçün biblioqrafiq göstəricilər hazırlanır, tədbir və viktorinalar təşkil olunur. Fəal oxucular təşəkkürnamə ilə qiymətləndirilir. Məsələn 44 günlük müharibəyə, ilin yubileylərinə aid kitabçalar hazırlayırıq.

Texnologiya və internet inkişaf etdikcə kitabların da pdf versiyaları çıxır. Artıq bir çox mühazirə və kitabları tələbələr internetdən tapa bilirlər. Ancaq təbii ki, həm tariximizin qorunub saxlanılmasında, həm də araşdırmalarımızda dəqiq məlumatlardan istifadə üçün kitab və çapların önəmi danılmazdır.