• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1150
— 30.10.2022 20:30

Prezident koreyalı həmkarına başsağlığı verib

KepezTV Player

Azərbaycan Prezidenti İlham Əliyev Koreya Prezidenti Yun Sok Yola başsağlığı verib.Başsağlığında "Seul şəhərində yaranmış izdiham nəticəsində çox sayda insanın həlak olması və xəsarət alması barədə xəbər bizi olduqca kədərləndirdi.Baş vermiş bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, dost Koreya xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm" - deyilir.

Seulda ölənlərin sayı 153-ə çatıb

Seulda izdiham oktyabrın 29-da axşam saatlarında kafe və restoranların, gecə klublarının yerləşdiyi ərazidə təxminən 100 min nəfərin iştirak etdiyi Hellouin şənliklərində yaranıb. Nəticədə 153 nəfər ölüb, 19-u ağır olmaqla 82 nəfər müxtəlif dərəcədə xəsarət alıb. Ölənlərdən 97-si qadındır. Həyatını itirənlər arasında Çin, Norveç, İran və Özbəkistan, Rusiya vətəndaşları da var. Hadisədə ölənlərin çoxunun 30 yaş civarındakı gənclər olduğu bildirilir.Çoxsaylı insan ölümü ilə əlaqədar ölkədə milli matəm elan edilib.