• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1970
— 29.10.2022 19:42

Ermənistanın növbəti müharibə cinayəti

KepezTV Player

Ağdam,Cəbrayıl, və Laçın rayonlarının kəndlərində yerləşən məzarlıqların minalanması Ermənistan tərəfinin insanların müqəddəs yerləri, mədəni-tarixi abidələri eyni zamanda sivilləri də hədəf alaraq müharibə cinayətləri törətməsinin başqa bir sübutudur.

Bilinən birşeydir ki, Ermənistan hərbi birləşmələri nəinki hərbi obyektləri həmçinin müharibə cinayəti sayılan bir çox yeri hədəf alır.Ermənistanın torpaqlarımızı 30 il müddətində işğalda saxlaması maddi-mənəvi irsin, tarixi və mədəni abidələrin,obyektlərin dağıdılması ilə nəticələnib. Hətta onlar insanların müqəddəs saydığı qəbirstanlıqları belə hədəf alır.

Minaların təmizlənməsi prosesində sürətlənmə üçün beynəlxalq təşkilatların da ciddi mənada dəstəyi lazımdır ki bu vaxtaşırı olaraq qeyd edilir. Lakin Ermənistan silahlı bölmələri tərəfindən törədilən bu kimi müharibə cinayətlərinə beynəlxalq təşkilatlatlar səssiz qalır.

Vətən müharibəsinin bitməsinə baxmayaraq, Ermənistan silahlı bölmələri tərəfindən basdırılan minalar nəticəsində mülki vətəndaşlarımız həyatını və sağlamlığını itirməyə davam edir. Azad olunmuş ərazilərimizin hələ də təmizlənməyə ehtiyacı var və bu proses illərlə davam edəcəyi təxmin edilir.

Bir sözlə Ermənistan hələ də torpaqlarımızı minalarla çirkləndirməyə və müharibə cinayətləri törətməyə davam edir. Şuşa, Xocavənd, Ağdam, Xocalı rayonlarının kəndlərində və digər ərazilərdə aşkar edilən kütləvi məzarlıqlar da bunun başqa bir sübutudur.