• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1986
— 29.10.2022 15:57

Beynəlxalq səyahətçilər Şuşa şəhərində olublar

KepezTV Player

Bu gün Türkiyə Gəzginlər Klubunun 30 nəfər səyahətçidən ibarət heyətinin işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzura səfəri başlayıb. Beynəlxalq səyahətçilər Şuşa şəhərində olublar. Qonaqlar Şuşa Qalası, Bülbülün ev muzeyi, Cıdır düzü, "Güllələnmiş heykəllər" kimi Şuşa şəhərinə məxsus bir sıra tarixi abiləri ziyarət ediblər. Qonaqlar Türkiyənin Respublika Gününü Şuşada qeyd ediblər. Onlar əllərində Azərbaycan və Türkiyə bayraqları daşıyıblar. Bu günədək 30-a yaxın ölkənin 200 beynəlxalq səyahətçisi Qarabağda olub.