• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1333
— 28.10.2022 20:05

Oftalmoloqlardan həyacan təbili: göz xəstəlikləri artır

KepezTV Player

Son məlumatlara görə, ölkədə göz xəstəliklərindən əziyyət çəkənlərin sayı 3 dəfəyə yaxın artıb. Elə Gəncədə də bu problemlərlə üzləşənlərin sayı kifayət qədərdir. Gəncədə "Göz xəstəxanası" kimi tanınan, akademik Zülfüqar Məmmədov adına Xəstəxananın Oftalmoloji Şöbəsinə son bir ayda 3 min nəfərə yaxın şəxs müraciət edib. Xəstəliyin artmasının isə bir çox səbəbləri var.

Göz qapaqlarınız qızarır, ağrıyır və qaşınırsa, görmə qabiliyyətiniz zəifləyibsə, vaxt itirmədən həkimə müraciət edin. Bu, artıq son dövrlər geniş yayılan göz xəstəliklərindən xəbər verir. Ən pisi də odur ki, oftalmoloji xəstəliklərdə cavanlaşma müşahidə olunur. Bu isə daha çox müəyyən vərdişlər, iş rejimi və s. kimi amillərlə əlaqələndirilir.

Göz xəstəliyinin çoxalmasının əsas səbəblərindən biri də vaxtlı-vaxtında edilmiyən müraciətlərdir. Məhz elə onun üçün də həkimlər məsləhət görür ki, göz xəstəliyi ilə bağlı vaxtında müraciət etmək əsas vacib olan şərtlərdəndir.

Problemlər kifayət qədər çoxdur və həkimlərin sözlərinə görə, yanlış yol olan öz-özünə müalicə daha böyük fəsadlara gətirib çıxara bilir. Ona görə də, mütəxəssislər verilən tövsiyələrə əməl etməyin vacibliyinə diqqət çəkirlər.

Akademik Zülfüqar Məmmədov adına Xəstəxananın Oftalmoloji Şöbəsi göz xəstəliklərinin təyin edilməsi üçün müasir avadanlıqlarla da təmin edilib. Burada pasiyentlər icbari tibbi sığortadan istifadə etməklə peşəkar oftamoloqlar tərəfindən müayinə və müalicələr ala bilirlər.

 

Elnur Vahidoğlu