• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1445
— 28.10.2022 20:10

Zəfər Gününə həsr olunmuş seminar keçirilib

KepezTV Player

Azərbaycan Texnologiya Universitetində Zəfər Gününə həsr olunmuş elmi-praktik seminar keçirilib. “Azərbaycanda yerli özünüidarəetmənin müasir vəziyyəti və inkişaf perspektivləri” adlı seminarın iştirakçıları universitetin həyətində şəhid məzun və tələbələrin xatirəsinə ucaldılan abidəni ziyarət ediblər. Şəhidlərin adlarına ağaclar əkilib. Elmi-praktik seminar şəhid məzunlar – Rahim Mikayılov və Nurlan Həsənovun vaxtilə dərs keçdikləri auditoriyada baş tutub.  Şəhid məzunların valideynləri və yaxınları, qazi tələbə və məzunların da iştirak etdikləri tədbirdə vurğulanıb ki, universitet şəhdlərimizin xatirəsini daim uca tutur. Təhsil ocağında onların xatirəsinə müxtəlif tədbirlər, yarışlar və turnirlər təşkil edilir. Seminar çərçivəsində şəhid məzunlar Rahim Mikayılov və Nurlan Həsənovun ailə üzvləri də çıxış ediblər.