• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1025
— 28.10.2022 20:11

“YAŞAT” payız düşərgəsinə start verilib

KepezTV Player

“YAŞAT” Fondunun, Göygöl Rayon İcra Hakimiyyətinin, Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı, Azərbaycan Skautlar Assosiasiyasının tərəfdaşlığı ilə “YAŞAT” payız düşərgəsinə start verilib. Oktyabrın 28-dən 31-dək olan dövrü əhatə edən, Göygöl rayonunda keçirilən düşərgədə 18-24 yaş aralığında 22 şəhid övladı iştirak edir. Proqrama ekskursiyalar, təlimlər və açıq hava şəraitində kamplar daxildir. “YAŞAT” Fondu tərəfindən şəhid övladları üçün mütəmadi olaraq düşərgələr, müxtəlif kurslar, layihələr və təlimlər təşkil edilir, onların yüksək səviyyəli təhsilinə dəstək göstərilir.