• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1517
— 28.10.2022 20:17

"Araz, dilin olsa, sözün-söhbətin min il yazılası bir dastan olar"

KepezTV Player

Bu misralar Azədbaycan şairi Süleyman Rüstəmin məşhur Cənub Şerləri silsiləsindən olan “Təbrizim” şeirindəndir…Sovetin qılıncının dalı da qabağı da kəsən vaxtlarda yazılıb bu şeir. ümumiyyətlə Azərbaycan ədəbiyyatında Təbriz, cənubi Azərbaycan mövzusu heç vaxt diqqətdən kənarda qalmayıb. məmməd səid ordubadidən, əsərini təqdim etdiyimiz Süıeyman Rüstəmdən , Bəxtiyar Vahabzadədən bəri hamı Şəhriyartək Heydərbabaya Salam deyib. 200 ildir yaramız qaysaqlamır…. Buna həm də biz imkan vermirik..buna mənəvi ixtiyarmız da yoxdur…çünki, Təbriz yenə dumanlıdır. Şah dövründə də, molla rejimi dövründə də əzilən, əziyyət verilən həmişə azərbaycanlılar olublar! İranın Təbrizdə Azərbaycan konsuılluğunun açılması 2004.cü ilə təsadüf edir. Halbuki, Azərbaycanla İran islam respublikası arasında İranın Naxçıvanda və Azərbaycanın Təbrizdə baş konsulluğunun təsis edilməsi barəsə saziş hələ 1992.ci ildə imzalanmış, Naxçıvandakı iran konsuıluğu qısa bir müddətdə fəaliyyətə başlamışdı. iran son anadək Təbrizdə Azərbaycanın üçrəngli bayrağının qaldırılmasına min bir bəhanə ilə əngəl törədirdi. Yalnız 2004cü ildə Prezident İlham Əliyevin irana rəsmi səfəri zamanı Konsulluğumuz fəaliyyətə başlayıb.

Baş konsulluğumuz bir neçə dəfə radikalların hücumunu da məruz qalıb. din pərdəsi altında gizlənənlərin bəzilərinin hətta heç müsəlman olmadığı, iranda yaşayan ermənilərdən ibarət qrupun üzvlərinin olduğu da məlumdur. Amma lap deyək ki, etiraz edənlər müsəlmandır. bəs bütün dinlərin, etnik milətlərin şad, xürrəm yaşadığı Azərbaycanı “dinə basqı var” bəhanəsilə ittiham etmək bir fayda verdimi?! Bu gün iran ümamcüçəmələrinin əsas dərdi Azərbaycandır.  Məzhəb ayrılığı qoymadan  dini vəzifələrin dinc şəkildə yerinə yetirlməsi iranın xoşuna gəlməyir. İranın xoşuna o da gəlmir ki, fəlsəfəsi bütün dünya boyda Aşura azadlığında artıq azərbaycanlılar zəncir vurub, baş yarmır, qan tökmür; qan verir! Başqalarını yaşatmaq üçün. iranın xoşuna gəlmir ki, cənubi Azərbaycanda xalq artıq rejimin diktəsi ilə yaşamaq istəmir. Azadlıq istəyir! Fars rejiminin azərbaycanlılardan əsirgədiyi azadlığı.

Buna hamıdan çox haqqımız var. İran iqtisadiyyatının aparıcı sahələri, barlı əraziləri məhz azərbaycanlıların var olduğu yerlərdir. Lap sovet ittifaqında olduğu kimi. neftimizi satırdılar əvəzində isə bizə nə verirdilər…heç nə.. Sovet İttifaqı süquta uğradı. bu gün Azərbaycan müstəqildir, tarixdə ən güclü və çiçəklənmə dövrünü yaşayır. İndi itirilmiş haqları qaytarmaq zamanıdır.

Xeyli vaxtdır ki, dünyada da iran azərbaycanlıları ifadəsi gündəmdədir. Müxtəlif paytaxtlarda cənub azərbaycan respublikası layihə Şəklində də olsa müzakirə edilir. Demək, beynəlxalq konyuktura da cənubi azərbaycanlıların mənafeyinə uyğundur.

Təsəvvür edirsiz əgər bir bənd bayatı belə kimlərinsə yuxusunu ərşə çəkirsə bu bəndi deyən xalq nələrə qadirdir!