• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1466
— 28.10.2022 11:54

"Ermənistana qarşı hüquqi tədbirlər görülməlidir"

KepezTV Player

Baş Prokurorluq Bərdə şəhərinə edilmiş raket hücumları ilə əlaqədar bəyanat yayıb. Sənəddə bildirilib ki, 2020-ci il oktyabrın 28-də Ermənistan silahlı qüvvələrinin müharibə ərazisindən kənarda yerləşən Bərdə şəhərinə növbəti raket hücumu nəticəsində 4-ü qadın, 17-si kişi olmaqla 21 nəfər qəsdən öldürülüb, 8-i uşaq, 17-si qadın, 58-i kişi olmaqla 83 nəfər şəxs xəsarət alıb. Ümumilikdə Vətən müharibəsi ərzində Bərdənin raket və ağır artilleriya ilə bombalanması nəticəsində 29 nəfər şəhid olub, 112 nəfər yaralanıb, mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib. Ermənistanın hərbi-siyası rəhbərliyinin göstərişi ilə şəhər əhalisinin gur olduğu hissələrinin hədəfə alınmasında məqsəd daha çox insanın həyatına son qoymaq olub. Baş Prokurorluq bəyanatında beynəlxalq təşkilatları və bütövlükdə dünya ictimaiyyətini Ermənistana və onun hərbi-siyasi rəhbərliyinə qarşı hüquqi məsuliyyət tədbirlərini görməklə beynəlxalq hüququn aliliyini təmin etməyə çağırıb.