• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2138
— 27.10.2022 19:55

Azərbaycanda evlilik yaşı artır

KepezTV Player

Deyirlər ki, “ Sağlam ailə cəmiyyətin və güclü dövlətin təməlidir.” Kiçik dövlət adlandırdığımız ailələrin sayı isə azalır. Çünki gənclər ailə qurmaq üçün gecikirlər.  Yəni evlilik yaşı çoxalır. Bu hər nə qədər maddiyatla əlaqələndirilsə də, məsələyə təsir edən başqa amillər də var. Həmin amillərin nələrdən ibarət olduğunu isə növbəti sujeti izlədikdən sonra biləcəyik.

Azərbaycanda həm qadınlar, həm də kişilər arasında nikaha daxil olma yaşı artıb. Bunu statistik rəqəmlərə əsasən söyləmək olar. Əvvəllər avropada geniş yayılan bu tendensiya indi ölkəmizdə də müşahidə olunur.

Aparılan təhlillərə əsasən, ötən il nikaha daxil olan qadınların orta yaşı 25, kişilərin orta yaşı isə 30 olub. Son 30 illik statistikaya görə bu ən yüksək göstərici hesab edilir. Gənclərin kariyera qurması, evlilikdən qorxması, övlad sahibi olmağa çəkinməsi, qayğı çəkmək istəməməsi və ya sosial durum evlilik yaşının artmasının səbəbləri kimi göstərilir.

Burada dövrün müasir dəbi də az rol oynamır. Əvvəlki dövrlərdən fərqli olaraq gənclərin fərqli platformalarda tanışlığı bu prosesi ləngidən səbəblərdəndir.

Mütəxəsislər deyir ki, xüsusilə oğlanlarda xarakter zəfliyinin olması sıx rast gəlinən problemlərdəndir. Evliklə bağlı eşitdikləri mənfi rəylər, yeni evlənən cütlüklər arasında boşanmaların artması, məsuliyyət götürməkdən çəkinmək kimi səbəblərin hər biri gəncləri evliliyə qarşı qorxudan əsas amillərdəndir.

Nikaha daxil olmada yaş həddinin yüksəlməsinin cəmiyyətə də müsbət və mənfi təsirləri əlbət ki, var. Müsbət tərəfi – gənclərin dünyanı daha yaxşı dərk edərək ailə qurması və erkən nigahların sayının azalması, mənfi tərəfi isə - demoqrafiq amillərlər bağlılıq, ruh düşkünlüyünün yaranmasıdır.