• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 795
— 27.10.2022 20:02

İranın "yağmasaq da, guruldayaq" prinsipi

KepezTV Player

Britaniya böyüklüyünü qoruyub ta Avropanın o başından Azərbaycanın ədalətli mövqeyini hər zaman dəstəkləyib. Elə 44 günlük müharibə zamanı BMT Təhlükəsizlik Şurasının Ermənistanın maraqlarına uyğun bəyanatının bu ölkənin vetosu ilə ləğv edildiyini xatırlatmaq kifayətdir. Həmsərhədimiz və həmdinimiz olan İran isə bütün parametrlərə görə Azərbaycandan kiçik olan işğalçı Ermənistana dəstək göstərir. Yəqin bu da bu ölkənin miqyası ilə bağlıdır.

İran İnqilab keşikçiləri Ordusunun hərbi təlimləri hədəfinə çata bilmədi. Nə yer nə də ki göy lərzəyə gəlir. Gurultu var amma boşdur.  Deyəsən Arazın o tayındakılar düşünürdü ki, SEPAH-ln adı gələndə Arazın bu tayındakıları əsməcə tutacaq. Amma əksinə oldu. Təlimlər başladıqdan iran özü əməlli başlı qorxmağa başlayıb. Məşhur qanunda deyildiyi kimi: təsir əks təsirə bərabərdir. Azərbaycan torpaqlarının işğal altında olduğu 30 il ərzində iran həmin ərazilərdən gen-bol istifadə edib. Hətta azərbaycan evlərinin ermənilərdən başqa irandan keçənlər tərəfindən yağmalandığı, talan edildiyi barədə məlumatlar da var.  Bunu Azərbaycan ərazilərinə qarşı dinc terror da hesab etmək olardı.  Amma müsəlman qardaşlarımızın “laqeydliyi” bununla bitmədi. Məscidlərimizin dağıdılmasına, orada donuzların, inəklərin saxlanılmasına göz yumandan nə uma bilərdik?! Heç nə. Amma biz - rəsmilərimiz də, lap elə xalqımız da ümidimizi itirmirdik. Tehranda isə mövqe dəyişikliyi baş vermədi. İranın Azərbaycana vurduğu ziyanlardan biri də ərazilərimizin narkotik qaçaqmalçılığı marşrutu kimi istifadə edilməsi, hətta sahibsiz qalan ərazilərimizdə narkotik maddələrin becərilməsində yaxın iştirakıdır.  Bunu da bizə “din qardaşlarımız” edib. Sərhədin mühafizə olunan hissələrində İrandan Azərbaycana narkotik qaçaqmalçılığının həyata keçirilməsinə çoxsaylı cəhdləri nəzərə alsaq, işğal müddətində iranlıların ərazilərimizdə nə cür at oynatdıqlarını təsəvvür etmək çətin olmaz. İndi isə iran əvvəlkitək əl-qolunu sallayıb ordan bura, burdan ora keçib, istədiyi oyunu çıxara bilmir. Yəqin hətta ermənilərə “torpaq basdı”, “icarə haqqı” kimi ödənişlər də ediblər. Yoxsa hardandı Qarabağdakı ermənilərdə pul?! –indi isə rusun sözü “krant bağlanıb”. Daha alver getmir. Qarabağ bir yana, hətta ermənistan-iran sərhədi də bağlanmaq üzrədir. Məlumat üçün deyək ki, Ermənistan İran sərhədi 44 kmdir. Müqayisə üçün, Azərbaycan İran sərhəddi 765 kmdir! 2020-ci ilədək Azərbaycan İran sərhədinin 132 kilometri nəzarətsiz idi. İşğal altında idi. Onda nə təlimlər yada düşürdü, nə Azərbaycanın ərazi bütövlüyü İran üçün əziz idi, nə də Azərbaycanın suverenliyi iranın “qırmız xətti” deyərək qeyd edilirdi.

Azərbaycan Tehran üçün hər zaman mehriban düşmən olub! Xəzərə dəniz yox göl deyəndə də, Xəzəri Mazandaran adlandıranda da, dənizdə buruqların adını dəyişdirəndə də.... Nədir İranda olan ermənistan sevgisi?! Bəlkə əksinə ermənistanı Azərbaycan olmasın deyə dəstəkləyirlər?! Niyə də yox?!

Deyim niyə?! İran Ermənistanı özünün qərbə açılan pəncərəsi adlandırır. Halbuki Azərbaycanla müqayisədə ermənistan yalnız nəfəslik ola bilər. Elə Qafanda, Xarici İşlər Nazirlərinin iştirakı ilə açılan suvağı qurumamış konsulluq binası iran-ermənistan münasibətlərinin simvolik rəmzidir. Üzsüz, nəm və yəqin ki, rütubət qoxulu. Halbuki, sadəcə 30-40 km aralıda Azərbaycan və Türkiyə Prezidentləri bir neçə aya tikilmiş aeroport açırdılar. Müqayisəolunmazdır elə deyil?! Tezliklə Cəbrayılda, Zəngilanda, Qubadlıda evlər salınacaq, ocaqlar yanacaq. Bir zamanların ruhlan şəhərləri çıraqban olacaq. O işığı bizimtək o tayda da gözləyirlər. Həm də böyük həsrətlə.

İranın Cənubi Azərbaycanlılara qarşı repressiyası isə daha da güclənib. Təbiətdən fərqli olaraq fırtınadan öncə heç də sakitlik yoxdur. iki əsrdir fars istibdadı altında əzilən cənublu qardaşlarımızın artıq öz dövlətinə qovuşmaq vaxtı çatıb. Onların bu hüququ tanınmalı və təmin edilməlidir.

Elə burda yadıma bir şəkil düşdü. Xudafərinə səfər edən Qərb diplomatlarından biri öz tvitter səhifəsində Arazın şəklini paylaşaraq belə bir status yazmışdı. “Salam İran”.