• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1063
— 27.10.2022 11:27

Baş Prokurorluq Bərdəyə raket hücumları ilə əlaqədar bəyanat yayıb

KepezTV Player

Baş Prokurorluq Bərdə şəhərinə edilmiş raket hücumları ilə əlaqədar bəyanat yayıb. Sənəddə bildirilib ki, Ermənistan silahlı qüvvələri 2020-ci ilin oktyabrında müharibə ərazisindən kənarda yerləşən Bərdə şəhərini 3 dəfə raket və ağır artilleriya hücumuna məruz qoyub. Ümumilikdə 29 nəfər şəhid olub, 112 nəfər yaralanıb, mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib. Ermənistanın hərbi-siyası rəhbərliyinin göstərişi ilə şəhər əhalisinin gur olduğu hissələrinin hədəfə alınmasında məqsəd daha çox insanın həyatına son qoymaq olub. Baş Prokurorluq bəyanatında beynəlxalq təşkilatları və bütövlükdə dünya ictimaiyyətini Ermənistana və onun hərbi-siyasi rəhbərliyinə qarşı hüquqi məsuliyyət tədbirlərini görməklə beynəlxalq hüququn aliliyini təmin etməyə çağırıb.