KepezTV Player
Daşkəsən Rayon Polis Şöbəsinə rayonun Aran Zəylik kəndi ərazisində yerləşən VII-IX əsrlərdə inşa olunan Alban məbədində bir neçə şəxsin qanunsuz olaraq qızıl axtarması və məbədə ziyan vurulması ilə bağlı məlumat daxil olub. Polis əməkdaşları dərhal həmin əraziyə gələrək təxirəsalınmaz tədbirlər həyata keçiriblər. Müəyyənləşib ki, Sumqayıt şəhər sakinləri - Namiq Əliyev, Əliağa Əhmədov, Şirvan şəhər sakini Eynur Səmədov, Bakı şəhər sakini Ülfət Niftalıyev və Quba rayon sakini Taleh Şirinov qabaqcadan planlaşdıraraq sözügedən əraziyə gəliblər.
- Baxış: 545