• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1813
— 27.10.2022 09:55

Azərbaycan Prezidenti Britaniyanın yeni Baş nazirini təbrik edib

KepezTV Player

Prezident İlham Əliyev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının yeni fəaliyyətə başlayan Baş naziri Rişi Sunakı təbrik edib. Təbrik məktubunda dövlət başçısı qeyd edib ki, xoş ənənələrə əsaslanan əlaqələrimizin hər keçən il daha da inkişaf etməsi və dərinləşməsi məmnunluq doğurur. Birləşmiş Krallıq Azərbaycana ən çox sərmayə yatıran ölkə və ən iri ticarət tərəfdaşlarımızdandır. Ölkələrimiz arasında siyasi, mədəni, təhsil və digər sahələrdə də əməkdaşlıq dinamik inkişaf edir. İşğaldan azad edilən ərazilərdə aparılan əsaslı bərpa və yenidənqurma işlərində Birləşmiş Krallıq şirkətlərinin iştirakı təqdirəlayiqdir. Dövlət başçısı ikitərəfli əlaqələrin bütün sahələrdə dərinləşdirilməsi, qarşılıqlı faydalı əməkdaşlığın daha da genişləndirilməsi istiqamətində birgə səylərin bundan sonra da uğurla davam etdiriləcəyinə əminliyini bildirib.