• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1918
— 26.10.2022 20:43

Zəfər Gününə həsr edilən sərgi keçirilib

KepezTV Player

Gəncədə 8 noyabr Zəfər gününə həsr edilən sərgi təşkil edilib. Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin tabeliyində olan Uşaq-Gənclər İnkişaf Mərkəzlərində təhsil alan şagirdlərin 100-ə yaxın əl işləri nümayiş olunub. Qonaqlara 44 günlük Vətən müharibəsini və qələbəni özündə əks etdirən yağlı boya ilə çəkilən rəsmlər, dekorativ sənət nümunələri, eləcə də digər insənət işləri təqdim edilib. Məqsəd məktəblilərə zəfəri, qələbəni, vətənpərvərliyi aşılamaqdır.