• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1173
— 24.10.2022 21:26

İkili diplom proqramının tələbələrə verdiyi üstünlüklər

KepezTV Player

İkili diplom proqramları - Hal-hazırda birgə təhsil proqramlarının həyata keçirilməsinin ən geniş yayılmış formasıdır. Bu proqramın üstünlükləri yüksək karyera və dil biliyinin artırılması ilə yanaşı həm də tələbənin hər iki universitetin diplomuna sahib olmasını təmin edir. Bəs Gəncənin ali məktəblərində tələbələr üçün belə imkan yaradılıbmı? Araşdırmamızı izləyək.

İkili diplom proqramının təşkil olunmasında məqsəd ən qabaqcıl elmi nailiyyətlərdən, innovativ təlim-tədris texnologiyalarından yararlanaraq təhsilin idarəedilməsi sahəsində Azərbaycanda yeni nəsil mütəxəssislərin yetişdirilməsi, bu sahədə ali təhsil sisteminin məzmun və keyfiyyət göstəricilərinin müasirləşdirilməsinə dəstək göstərilməsidir.

Gəncədəki bəzi ali məktəblərində də ikili diplom proqramı tətbiq olunur. Beynəlxalq proqramların tətbiqi ilə tədris-dünyanın qabaqcıl ali təhsil müəssisələrinin proqramlarına uyğun təşkil edilir. Və tələbə hər iki universitetin diplomunu əldə etmək şansına sahib olur.

Azərbaycan Dövlət Aqrar Universiteti Türkiyənin Ege Universiteti ilə birgə 4 ixtisas üzrə beynəlxalq ikili diplom proqramlarını icra edir. Bitki mühafizəsi, aqronomluq, Aqro mühəndislik və iqtisadiyyat ixtisaslarında təhsil alanlara yerli və xarici müəllimlərin iştirakı ilə dərslər keçirilir. Hazırda proses türk müəllimlərin iştirakı ilə aqrar universitetdə aparlır.

Xarici universitetlərlə dəstək və qarşılıqlı əməkdaşlıq müasir və rəqabətqabiliyyətli gənclərin yetişməsinə şərait yaradacaq. İxtisasına tam yiyələnən kadrlar isə ölkənin aqrar sektoruna töhfədir.

Gəncədə 3 ali təhsil müəssisəsindən yalnız Azərbaycan Dövlər Aqrar universitetlərində ikili diplom proqramı tətbiq olunur. Gəncə Dövlət və Azərbaycan Texnologiya universitetlərində isə bu istiqamətdə nəticənin əldə edilməsi üçün danışıqlar aparılır.