Əksər xəstəliklərin kəskinləşməsi məhz payız aylarında baş verir. Alimlər güman edirlər ki, bunun səbəbi insan orqanizmində bioritmlərin kəskin dəyişilməsi ola bilər. Uşaqlarda isə immunitet böyüklərə nisbətən daha zəif olur. Hazırda isə balacalar arasında yuxarı tənəffüs yolu xəstəlikləri xüsusəndə vərəm çox yayılıb. Həkimlər valideynləri maksimum diqqətli olmağa çağırır.
Vərəm yoluxucu xəstəliklər sırasında dünyada ən təhlükəli infeksiyalardan biri olaraq qalmaqdadır. Ümumdünya Səhiyyə Təşkilatının rəqəmlərinə əsasən hazırda dünyada 20 milyondan artıq vərəm xəstəsi vardır və bunların 7 milyonu açıq formalı vərəmdir. Hazırda Azərbaycanda rəsmi statistikaya görə, 8 minə yaxın vərəmli xəstə var. Son zamanlar isə uşaqlar arasında bu xəstəlik yayılıb.
Bəs uşaqların vərəmə yoluxduğunu necə bilmək olar? Bu hal baş verəndə hansı xüsusiyyətlər önə çıxır?
Təsadüfi deyil ki, payız fəslini həm də xəstəliklər fəsli adlandırırlar. Çünki həm psixoloji, həm də fizioloji baxımdan təzadlı fəsil olan payızda insan orqanizmində bir sıra dəyişikliklər baş verir. Son zamanlar mövsümi xəstəliklərdən yuxarı tənəffüs yolu infeksiyası uşaqlar arasında çox yayılıb.
Həkimlərin məsləhtinə əsasən, uşaqlara hazır qidalar verməmək, bundan başqa böyüklərin də sevərək yediyi müxtəlif ədviyyatlardan ibarət mağaza qidalarından imtina etmək lazımdır. Uşaqların sağlam böyüməsi üçün valideynlər qida menyusu hazırlamalı, rasiona soğan, sarmısaq, qatıq əlavə etməli və beləliklə övladlarının immunitetini qaldırmağa kömək etməlidirlər
Nərgiz Əhmədqızı
- Baxış: 376