Vətən müharibəsinin ilk saatlarından Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana dəstək ifadə etdi. Bu siyasi və mənəvi dəstək savaşın son gününə qədər davam etdi. Prezident İlham Əliyev Cəbrayılda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla birgə mətbuat konfransında belə deyib. Qeyd edib ki, bu dəstək bizə əlavə güc verməklə bəzi qüvvələrin müdaxiləsinin qabağını da alırdı. Türkiyə-Azərbaycan birliyi bu gün bərpa edilən Qarabağ və Zəngəzurda da özünü göstərir
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan isə deyib ki, işğaldan azad edilən qədim Azərbaycan torpaqlarında bir il ərzində ikinci müasir hava limanının açılması bu qədər çətin dövrdən sonra hər ölkənin bacara biləcəyi iş deyil. Türkiyə lideri Zəngəzur dəhlizi ilə bağlı bəzi dairələrdəki qorxu və narahatlığa heç bir lüzum olmadığını da vurğulayıb. Qarabağdakı vandalizmə görə təzminat tələb edilməli olduğunu söyləyib.
- Baxış: 366