Hakim partiyanın yaranmasının 30 illiyi münasiətilə Kəlbəcər ictimaiyyətinin iştrakı ilə yibiley tədbiri keçirilib. Ulu öndər Heydər Əliyevin abidəsi və şəhdlərin abidə kompleksinin ziyarəti ilə başlayan tədbirdə tarixi zərurətdən yaranan Yeni Azərbaycan Partiyasının şərəfli fəaliyyətinə nəzər salınıb. Prezident İlham Əliyev tərəfindən davam etdirilən siyasi kursun Vətən müharibəsində qazanılan zəfərlə yeni mərhələyə keçdiyinə diqqət çəkilib. YAP Kəlbəcər rayon təşkilatının hazırda üzvlərinin sayının 4 200 nəfərə çatdığı vurğulanıb. YAP-ın fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirildikdən sonra Kəlbəcər rayonunun ictimai həyatında fərqlənən bir qrup partiya fəalına fəxri fərmanlar, eləcə də partiya sıralarına yeni qəbul olunanlara üzvlük vəsiqələri təqdim edilib. Eləcə də Vətən müharibəsi iştirakçılarına təltif edildikləri medalları verilib.
- Baxış: 286