• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1822
— 20.10.2022 13:02

Əcnəbi jurnalistlər erməni terroru nəticəsində dağılan ərazilərdə olublar

KepezTV Player

Moldova, Özbəkistan və Gürcüstandan olan jurnalistlər Gəncədə erməni terroru nəticəsində dağılan ərazidə olublar. Əcnəbi media nümayəndələri raket hücumuna məruz qalan Qələbə parkını ziyarət ediblər. Qonaqlar Ermənistan silahlı qüvvələri tərəfindən günahsız mülki insanlara qarşı həyata keçirilən hərbi cinayətlərin nəticələri ilə yerində tanış olub, 44 günlük Vətən müharibəsi zamanı ballistik raketlə hədəf alınan yaşayış massivinə baş çəkiblər. Jurnalistlərə qətliamlarla bağlı ətraflı məlumat verilib, ümumilikdə Nizami yurdunun müxtəlif vaxtlarda 5 dəfədən çox ağır artilleriya atəşinə tutulduğu və nəticədə 26 nəfərin həlak olduğu, 175 nəfər isə yaralandığı bildirilib.

Vaxtanq Qoqraçadze gürcüstanlı jurnalist: Mən Gürcüstandan gəlmişəm. Gəncədə çəkilişlər edəcəyəm. Burada çox sayda insan həlak olub. Müharibənin nə olduğunu mən çox gözəl bilirəm. Siz Qarabağı qaytardığınız üçün çox xoşbəxt insanlarsınız.

Yelena Dejanskaya moldovalı jurnalist: İstənilən müharibə kədərdir. Uzun illər ərzində bu kədər unudulmayacaq. Mən istənilən təxribatı, istənilən hərbi əməliyyatları qınayıram. Və hər şeydən öncə dinc əhalinin öldürülməsini qınayıram. Biz burada, Gəncədə həlak olan uşaqların, qadınların şəkillərini gördük. Bu, qorxuncdur və mən düşünürəm ki, hərbi cinayətlər barədə istintaq araşdırması aparılmalıdır. Eyni zamanda, mən çox ümid edirəm ki, bütün ölkələrdə sülh olacaq və müharibələrə ancaq tarix dərsliklərində rast gələcəyik.