• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1450
— 19.10.2022 20:06

İkinci növbədə oxumaq yaxşıdır, yoxsa pis?

KepezTV Player

Uşaqların günorta saatlarında zehni fəaliyyətinin, səhərdən xeyli aşağı olduğu mütəxəsislər tərəfindən sübut edilib. Bunu elə ikinci növbədə təhsil alan şagirdlər də təsdiqləyirlər. Məktəblərində şagird sıxlığı olduğu üçün günorta saatlarında dərsə getmək məcburiyyətində qalanlardan danışacağıb bu dəfə.

Məktəblərə səhər yollanan şagirdlərlə yanaşı, günortadan sonra yəni, 2-ci növbə gələnlərdə az deyil. Bu proses Gəncədəki  bəzi məktəblərdə tətbiq olunur. Şagirdlərin çoxluğu və ya binanın kiçik olması bunu yaradan əsas səbəblərdəndir.

Düzdür, xüsusilə də ibtidai sinif şagirdləri üçün səhər saatlarında oyanmaq çətin olsa da məktəblilər də günün ilk yarısında dərslərdə iştirak etməyin daha yaxşı olduğunu bildirdilər. 2-ci növbədə dəsrsə getdikləri üçün məktəbdənkənar fəaliyyətlərinin az olduğu, həmyaşıdları ilə yetəri qədər ünsiyyət qurmadıqları və ev tapşırıqlarını da çatdırmadıqları söylənən fikirlər arasındadır

Valideynlər işə səhər saatlarında getdiklərinə görə, övladlarının 2 ci növbədə dərsə başlaması onların məktəbə təhlükəsiz gedib-gəlməsini də çətinləşdirir.

Mütəxəsislər hesab edir ki, səhər çağı beyin informasiyanı qəbul etməyə hazırlıqlı olur. Ona görə də şagirdlərin dərslərdə birinci növbə iştirakı daha əlverişlidir. Lakin elə məktəblər var ki, təhsil alan şagird sayı yer sayından 3 dəfə çoxdur.

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən bildirilib ki, bəzi ərazilərdə yerləşən məktəblərdə tətbiq olunan bu sistem valideynlər tərəfindən birmənalı qarşılanmasa da, bu məcburiyyətdən doğan zərurətdir.

Gəncədə 44 orta məktəb var ki, onlardan 7-sində ikinövbəli təhsil həyata keçirilir.