• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 956
— 19.10.2022 20:20

İlkin variantda hazır olan baş plan sakinlərin müzakirəsinə verilib

KepezTV Player

Gəncənin yeni baş planın ilkin variantı hazırdır. Baş plan təklif və iradlarını bildirmək üçün  sakinlərin müzakirəsinə verilib. Qaldırılan məsələlər ümumiləşdirilərək yenidən Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin  “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutuna göndəriləcək.

Gəncə şəhərinin yeni baş planın hazırlanmasına 2020-ci ildən başlanılıb və hazır olan ilkin variantla sakinlər də yaxından tanış ola bilərlər. Bunun üçün şəhər icra hakimiyyətinin inzibati binasında baş planın stendləri quraşdırılıb. Burada əvvəlki baş plan, eləcə də yenilər  öz əksini tapır. Oktyabırın 25-nə kimi şəhər sakinləri  planla tanış olub fikirlərini söyləyə bilərlər.

Gəncə şəhərinin baş planının ilkin  layihəsinə görə şəhərdə 4-5 eləcə də 9 mərtəbəli  binaların tikintisi nəzərdə tutulub. Baş planda da həmin ərazilər göstərilib. Bundan başqa şəhərdə yaşıllıq zolağının salınması, həmçinin dairəvi yolların yaradılması da baş plana daxil edilib.

Hazırlanan yeni planda yeni 9700 yerlik, o cümlədən birinci növbə üçün 4080 yer tutumu olan məktəbəqədər müəssisələrin tikilməsi üçün 34 ha ərazi ayrılıb. Şəhərin sol sahil hissəsində Totanlı küçəsi  və Gəncəçayla əhatə olunan 53,5   ha ərazidə yeni regional əhəmiyyətli müalicə- sağlamlıq zonasının yaradılması da nəzərdə tutulub. Baş plana əsasən klub icma mərkəzləri üzrə 20 min yer, kino-teatrlar üzrə 15 min yer konsert zalları isə 2500  yerlik tikilməsi də planlaşıdırlır. Şəhərdə mövcud idman infrastrukturuna aid  olan bütün idman obyektləri və qurğuları perspektivdə də fəaliyyətini davam etdirəcəklər.

Yenilənən baş plan Gəncənin turizim potensialındaən səmərəli istifadəyə də müsbət təsir edəcək.

Bundan başqa Gəncənin baş planı ilə əlaqədar sosial sorğular da təşkil olunub. Yaxın aylarda onun nəticələri ictimayyətə açıqlanacaq. Baş planın ilkin mərhələdə 2027, ümumilikdə isə 2040-ci ilə hesablanaraq hazırlanıb.

 

Elnur Vahidoğlu