• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1895
— 19.10.2022 20:03

Ümumşəhər konfransında müstəqilliyin əhəmiyyətindən danışılıb

KepezTV Player

Azərbaycan Dövlət Aqrar Universitetində Gəncə Şəhər İcra Hakimiyyəti ilə birgə 18 Oktyabr – Müstəqilliyin Bərpası Gününə həsr olunan “Azərbaycanın dövlət müstəqilliyi əbədidir, daimidir, dönməzdir” mövzusunda ümumşəhər konfransı keçirilib. Müstəqilliyinin bərpa edilməsinin 31-ci ildönümünü işğaldan qurtardığı əraziləri qurub-yaradan ölkə kimi qeyd edən Azərbaycanın şərəfli bir dövr yaşadığı vurğulanıb. Azərbaycanın dünya dövlətləri sırasında öz layiqli yeri olan müstəqil ölkə olduğuna diqqət çəkilib. Dövlət müstəqilliyinin bərpasının tarixi əhəmiyyətindən, müstəqilliyin qorunub möhkəmləndirilməsində ulu öndər Heydər Əliyevin xidmətlərindən danışılıb. Azərbaycanı azadlığa aparan çətin yoldan, müstəqilliyin ilk illərində ölkədə baş verən ictimai-siyasi hadisələrdən, müstəqilliyimizin qorunmasında və onun daha da möhkəmləndirilməsində atılan addımlardan söz açılıb. Tədbirdə Müstəqilliyin Bərpası Gününə həsr olunan videoçarx izlənilib. Azərbaycan Dövlət Aqrar Universiteti tələbələrinin hazırladığı bədii hissə nümayiş olunub.