• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1538
— 19.10.2022 20:10

Makron Parisi partladır

KepezTV Player

Parisdə nümayişçilərlə polis arasında toqquşmalar olub. “Qara blok”dan olan radikallar bankların şüşələrini sındırıb, avtobus dayanacaqlarını qırıb, hüquq-mühafizə orqanlarının əməkdaşlarına şüşə butulkalar və tüstü bombaları atıblar. Polis etirazçılardan bəzilərini saxlayıb.

Bu dəfə dərvişin Parisi partlatmasına ehtiyac yoxdur. Parisin öz barıtı özünə bəsdir. Artıq bir neçə gündür Fransa paytaxtını etirazlar bürüyüb. Qiymət artımına qarşı çıxan minlərlə insan küçələrə axışıb. Onlar həmçinin əmək haqqı və sosial müavinətlərin azlığı, pensiya yaşının artırılması, elektrik enerjisinin qiymətləri kimi sosial problemlərə etiraz edirlər. Ölkəsinin sosial problemlərini, daxili sabitliyi təmin edə bilməyən rəsmi Paris isə uzaq Cənubi Qafqazda sülh elçisi olmaq eşqindədir.

Görünür Prezident Emmanuel Makronun başı özünü dünyaya sülh carçısı kimi göstərmək cəhdlərinə necə qarışıbsa, ölkəsinin daxili siyasəti tamam yaddan çıxıb. O da başqa məsələ ki, son açıqlamaları Fransa Prezidentinin əslində uğursuz siyasətçi olduğunu təsdiqlədi. Guya münaqişənin həlli məqsədilə yaradılan Minsk qrupunun üç həmsədrindən biri olan ölkənin rəhbəri açıq-aşkar yalan, böhtan səsləndirməkdən belə çəkinmədi. Millət vəkili Sevil Mikayılovanın sözləri ilə desək, Makron öz siyasi məsuliyyətsizliyi ilə mövcud əlaqələri də sındırıb dağıdır.

Ermənistanın təəsübünü çəkib, erməniləri atmayacaqlarını deyən prezident Makron yaxşı olardı ki, diqqətini ilk növbədə ölkəsinin daxili problemlərinin həllinə yönəltsin. Necə deyərlər, əvvəl evin içi, sonra çölü. Azərbaycan atalarının Fransanın indiki vəziyyətinə uyğun başqa bir yaxşı sözü də var: özünə umac ova bilmir, özgəsinə əriştə kəsir.