Zəfər Forumunun növbəti ünvanı Ağstafa rayonu olub. Ağstafa ilə yanaşı Qazax, Tovuz, Şəmkir və Gədəbəyi də təmsil edən şəhid ailələrinin, mübaribə iştirakçılarının, şəhər və rayon fəallarının, habelə aidiyyəti dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə təşkil olunan Forumda Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun düşmən üzərində qazandığı parlaq Qələbədən, Vətən müharibəsində Azərbaycan oğullarının göstərdiyi şücaətdən söhbət açılıb. Göstərilən əzm, səbr və gücün xalqımıza ruh yüksəkliyi bəxş etdiyi vurğulanıb. Vətən müharibəsində qələbənin Azərbaycan xalqının birliyinin Zəfər simvolu olduğu bildirilib. Qazandığımız Zəfər haqqında yerlərdə insanların, xüsusilə gənc nəslin illər keçdikdə daha dolğun məlumatlanmasına şərait yaradan tədbirdə hərbi vətənpərvərlik musiqiləri ifa olunub, Vətən müharibəsinə aid səhnələr nümayiş etdirilib.
- Baxış: 239