• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2118
— 18.10.2022 12:10

"Türkiyə Ermənistanın yaşayış yerlərinə raket zərbəsi və minalarla bağlı hesabat hazırlayıb"

KepezTV Player

İkinci Qarabağ Müharibəsi zamanı Ermənistanın ballistik raketlərlə Azərbaycanın şəhərlərini bombalaması nəticəsində dinc insanlar həyatlarını itirdi. Bunu Türkiyənin Baş Ombudsmanı Şeref Malkoç Asiya Obudsmanlar Assosiasiyasının bu gün Bakıda keçirilən iclasında deyib. "Ombudsman Səbinə Əliyevanın dəvəti ilə həmin şəhərlərə gələrək insan hüquqları ilə bağlı hesabat hazırladıq. Daha sonra yenidən Azərbaycanın işğaldan azad olunan ərazilərinə gələrək minalarla bağlı hesabat hazırladıq”, - deyə o əlavə edib.