Göygöl rayon Polis Şöbəsi Sarısu Polis Bölməsinin əməkdaşları inzibati ərazilərində, xüsusilə turizm zonalarında məişət tullantılarının tutumlardan kənar yerlərə atılması, sənaye və məişət tullantılarının qalaqlanması, su obyektlərinin çirklənməsi və zibillənməsi hallarının qarşısının alınması məqsədilə monitorinq keçirib. Rayon ərazisində fəaliyyət göstərən 12 iaşə obyektinin ərazisində məişət tullantılarının qalaqlanması və təyin olunmayan yerdə toplanması faktları aşkar olunub. Ərazi təmizəndikdən sonra obyektlərin icarədarları ilə profilaktiki söhbət aparılıb və barələrində protokol tərtib olunaraq məsuliyyətə cəlb olunub.
- Baxış: 465