KepezTV Player
İki il öncənin 18 oktyabr tarixində, Vətən Müharibəsinin 22-ci günündə Cəbrayıl rayonunda, Araz çayının üzərində yerləşən qədim Xudafərin körpüsü və ətraf ərazilər Ermənistan Silahlı Qüvvələrinin işğalından azad edilib. Prezident İlham Əliyev "Twitter" səhifəsində Xudafərin körpüsünün üzərində Azərbaycan bayrağının qaldırdıldığını açıqlayıb. Cəbrayıl rayonunun daha iki yaşayış məntəqəsi - Hacılı kəndi və Hacı İsaqlı kəndi də işğalçılardan azad edilib. Cəbhədə Ermənistanın növbəti Su-25 təyyarəsi vurulub, PUA-sı məhv edilib. Düşmənin hərbi hissəsi ələ keçirilib.
- Baxış: 776