• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1218
— 17.10.2022 19:43

Şagirdlər yerdəyişməyə psixoloji hazırdırmı?

KepezTV Player

Bu gündən etibarən məktəb şagirdlərinin yerdəyişməsinə başlanılıb. Elektron qaydada aparılan proses istək və arzuya uyğun olaraq reallaşsa da burada nəzərə alınası psixoloji məqamlar da var. Aişə Rzayeva sujetdə daha ətraflı danışacaq.

Şagirdlərin yerdəyişməsi sy edu az portalı vasitəsilə həyata keçirilir. Bunun üçün valideynin fin kodu vasitəsilə şəsi kabinet yaradılır və şagirdin qeydiyyatı burada tamamlanır. Texniki dəstəyə ehtiyacı olan valideynlər Gəncə üzrə 1 regional üzrə 20 alternativ mərkəzə müraciət edə bilərlər.

Şagird yerdəyişməsinin elektronlaşdırılması bu prosesdə məktəb və valideyn arasında olan məsafənin azaldılmasına və valideynin təhsil müəssisəsi ilə təmasının daha şəffaf şəkildə təşkilinə xidmət edir. Burada şagirdlər üçün nəzərdə tutulan yenilik isə 9-cu sinifdən kolleclərə iş verən və ya müvafiq səbəblərdən təhsilini dayandıranlarla bağlıdır. Onlar da bu gündən etibarən təhsil müəssisələrinə qəbul üçün müraciət edə bilərlər.

Regional təhsil idarəsindən bildidirilib ki, 44 təhsil müəssəsinə avqustda keçirilən ötən yerdəyişmə prosesində Gəncə üzrə 3792 sorğu qeydə alınıb.

Mütəxəsislər hesab edir ki, sinif və ya məktəblərini dəyişən şagirdlər arasında davranış problemləri də sıx müraciət olunan məsələlərdəndir. Odur ki, yerdəyişmə zamanı psixoloji məqamlar da nəzərdən qaçırılmamalıdır.

Hal-hazırda isə bütün siniflər üzrə şagird yerdəyişməsi aktiv olsa da məktəbəhazırlıq qrupların yerdəyişməsinə nə zaman icazə veriləcəyi hələ ki, məlum deyil.