• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1035
— 17.10.2022 19:53

“Müharibə cinayətləri: Mülki şəxslərə hücum” adlı beynəlxalq konfrans təşkil edilib

KepezTV Player

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Ermənistanın Vətən Müharibəsi zamanı Gəncə şəhərində törətdiyi terror hadisələrinin ildönümü ilə bağlı “Müharibə cinayətləri: Mülki şəxslərə hücum” adlı beynəlxalq konfrans keçirilib. Mülki insanların qətlə yetirildiyi əraziləri ziyarət və ruhlarına ehtiramla başlayan tədbirdə agentliyin rəhbərliyi, millət vəkilləri, əcnəbi QHT nümayəndələri və media mənsubları iştirak ediblər. Konfransın əhəmiyyətindən danışan çıxış edənlər Ermənistan silahlı qüvvələrinin beynəlxalq konvensiyaların normalarını kobud şəkildə pozması və bunun üçün də hüquqi məsuliyyətə cəlb olunmasının vacibliyinin beynəlxalq təşkilatların diqqətinə çatdırılmasının əhəmiyyətini vurğulayıblar. Daha sonra mövzu ətrafında müzakirələr aparılıb. Konfransın yekunu olaraq iştirakçılar adından bəyanat səsləndirilib.