• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1809
— 17.10.2022 20:01

Dinc sakinlərə qarşı yönələn erməni terroru

KepezTV Player

Azərbaycanda akkreditə olunan diplomatik korpus, xarici və yerli media nümayəndələri Gəncəyə səfər çərçivəsində şəhər prakrorluğunda KİV nümayəndələrinin üçün brifinqə də qatılıblar. Ermənilərin Vətən müharibəsində Gəncədə və dinc sakinlərin yaşadıqları digər yaşayış məntəqələrində törətdikləri cinayətlər barədə ictimaiyyətə ətraflı məlumatlar verilib.

Brifinqdə çıxış edən Baş prokurorun birinci müavini Elçin Məmmədov qeyd edib ki, İkinci Qarabağ müharibəsində Ermənistan silahlı qüvvələri tərəfindən Gəncənin müdafiə olunmayan əraziləri eləcə də yaşayış məntəqələri hədəfə alınıb. Böyük dağıdıcı qüvvəyə malik raketlərdən istifadə edilməklə hücumlar təşkil edilib. Gəncənin 4, 5, 8, 11 və 17 oktyabr 2020-ci il tarixlərində raket və ağır artilleriya silahları ilə bombalanması nəticəsində 10-u kişi, 10-u qadın, 6-sı azyaşlı olmaqla 26 nəfər şəxs qətlə yetirilib. Qətlə yetirilən şəxslərdən 25-i Azərbaycan, 1-i isə Rusiya vətəndaşı olub.

Ermənilərin dinc sakinlərə qarşı yönələn cinayətləri atəşkəs dövründə hədəflənmiş olub. Yaşlı, qadın və uşaqların qətli buna bariz misaldır.

Brifinqdə diplomatlara erməni terroru ilə bağlı hazırlanan videoçarx nümayiş etdirilib. Ardından jurnalistləri maraqlandırılan suallar cavablandırılıb.

Elnur Vahidoğlu