KepezTV Player
Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana Bartın vilayətindəki mədəndə baş vermiş partlayışla bağlı başsağlığı verib. "Partlayış nəticəsində çox sayda insanın həlak olması və xəsarət alması xəbəri bizi son dərəcə sarsıtdı. Bu faciə ilə əlaqədar dərdinizi bölüşür, Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm" - məktubda deyilir.
- Baxış: 420