• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1892
— 14.10.2022 20:45

Qadın sürücülərin sayı artıb

KepezTV Player

Son zamanlar qadınlarda maşın sürməyə maraq artıb. Şəhərdə artıq hər 15 sürücüdən 1-i xanımdır desək yanılmarıq. Əməkdaşımız Nərgiz Əhmədqızı sükan arxasına əyləşən xanımlarla bağlı hazırladığı materialı gətiririk ekranlara. Gəlin izləyək.

Müasir zamanda bacarıqlı, istedadlı, cəmiyyətdə fəal rol oynayan qadınların sayı getdikcə artmaqdadır. Günümüzdə Azərbaycan qadınları qayğıkeş ana, sadiq həyat yoldaşı, nümunəvi övlad olmaqla yanaşı, həm də uğurlu iş xanımıdır. Və təbii ki, cəmiyyətin bu aparıcı qüvvəsinin sükan arxasına əyləşməsi olduqca təbii haldır. Mütəxəssislərin fikrincə, qadınların avtomobildən istifadəsinin əsas səbəbi onların iş həyatına qoşulmasıdır. Hətta bəzilərinin qazandıqları vəsaitlə ilk aldıqları məhz avtomobil olub.

Əslində qadınları sükan arxasında görmək insanda xoş hisslər doğurur. Bu bacarıqlarını təhlükəsiz və qaydalara riayət etməklə reallaşdırmaq isə hər kəsin arzusudur. Odur ki, qadınlar bəylərdən fərqli olaraq avtomobil idarə etmək üçün kurslara daha çox müraciət edirlər.

Qadınların yollarda maşın idarə etməsindən polislər də şikayətçi deyil. Əksər qadın sürücü avtomobili aşağı sürətlə idarə edir, piyadalara yol verir, yolda qalana kömək edir, yol polisinə qarşı bəylərdən daha nəzakətli davranır.

Qadınlar hər sahədə güclü, istədiyini əldə edən varlıqlardır. Elə avtomobilləridə yetəri qədər yaxşı və ehtiyyatlı idarə edirlər.

Nərgiz Əhmədqızı