• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1408
— 14.10.2022 17:34

Gəncə terorunda ölənlər yad edilib

KepezTV Player

Elm və Təhsil Nazirliyinin dəstəyi ilə 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin və Gəncə şəhər Uşaq-Gənclər İnkişaf  Mərkəzinin təşkilatçılığı ilə Gəncədə törədilən erməni terrorunun ildönümünə həsr olunmuş “Tarixin izləri” adlı tədbir keçirilib. Tədbirdə Elm və Təhsil Nazirliyinin əməkdaşları Gəncə Şəhər ictimayyətinin nümayəndələri eləcədə təhsil işçiləri, şagirdlər iştirak edib. Ermənilərin Gəncəyə atdığı raket zamanı dağılan ərazidə təşkil edilən tədbirin keçirilməsində məqsəd 2020-ci ilin oktyabr ayında erməni terroru nəticəsində həlak olanların xatirəsini yad etməkdir.Tədbir çərçivəsində məktəblilər ədəbi-bədii kompozisiyalarla çıxışlar ediblər.