• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1195
— 14.10.2022 12:14

Hərbi attaşelər raket düşən ərazidə olublar

KepezTV Player

Azərbaycanda akkreditə olunmuş xarici ölkələrin hərbi attaşeləri Gəncədə olublar. Hərbi attaşelər Gəncədə Ermənistan silahlı qüvvələrinin raket hücumları nəticəsində şəhid olan mülki əhalinin xatirəsinə qoyulmuş memorial kompleksi ziyarət ediblər. Gəncənin raket atəşinə tutulması nəticəsində dağılan ərazilər ziyarət edildikdən sonra, günahsız mülki insanlara qarşı həyata keçirilmiş hərbi cinayətlərin nəticələri ilə tanış olublar. 44 günlük Vətən müharibəsi zamanı ballistik raketlə hədəf alınan yaşayış massivində həlak olan dinc sakinlərin xatirəsinə ehtiram əlaməti olaraq, dağılmış evlərin ətrafına gül düzülüb. Qonaqlara Gəncə şəhərində törədilən terror hadisələri ilə bağlı məlumat verilib. Qeyd edilib ki, 2020-ci il 11 oktyabr tarixində Ermənistan ərazisindən “Skad-B” Taktiki Əməliyyat Raket Kompleksindən atılan taktiki ballistik raket “Qələbə parkı”nın ətrafında yerləşən yaşayış binasının üzərinə düşüb, çox sayda evlər dağılıb, 5-i qadın olmaqla 11 nəfər həlak olub, 6-sı uşaq, 16-sı qadın olmaqla 40 nəfər isə yaralanıb.