• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2139
— 12.10.2022 20:45

Prezident İlham Əliyev Qazaxıstana səfər edib

KepezTV Player

Prezident İlham Əliyev Pakistanın Baş naziri ilə görüşüb

Prezident İlham Əliyev Qazaxıstana işgüzar səfər edib. Dövlət başçısı Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin 6-cı Zirvə Toplantısının plenar iclasında və MDB Dövlət Başçılarının iclasında iştirak edəcək.

Azərbaycan Prezidenti İlham Əliyevin Astanada Pakistanın Baş naziri Şahbaz Şəriflə görüşü olub. Şahbaz Şərif Prezident İlham Əliyevi Pakistana səfərə dəvət edib. Azərbaycan Prezidenti öz növbəsində Baş nazir Şahbaz Şərifi ölkəmizə səfərə dəvət edib. Baş nazir keçmiş Ermənistan-Azərbaycan münaqişəsi ilə əlaqədar Pakistanın hər zaman Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini davamlı şəkildə dəstəklədiyini qeyd edib.

Prezident İlham Əliyev Azərbaycanın da Cəmmu və Kəşmir məsələsində Pakistanın haqlı mövqeyini daim dəstəklədiyini vurğulayıb. Dövlətimizin başçısı Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması və sülh müqaviləsinin imzalanması üzrə ölkəmizin təkliflərini diqqətə çatdırıb. Qeyd edib ki, əgər Ermənistan tərəfindən siyasi iradə nümayiş olunarsa, tezliklə sülh müqaviləsinin imzalana bilər.