• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1368
— 12.10.2022 11:19

Birinci Dövlətlərarası Şuranın məhdud tərkibdə iclası keçirilib

KepezTV Player

Qırğızıstan Prezidenti adından Azərbaycan Prezidentinin şərəfinə rəsmi qəbul təşkil edilib

Qırğız Respublikasına dövlət səfəri edən Azərbaycan Prezident İlham Əliyevin və Qırğız Prezidenti Sadır Japarovun iştirakı ilə Azərbaycanla Qırğızıstan arasında Birinci Dövlətlərarası Şuranın məhdud tərkibdə iclası keçirilib.Sadır Japarov bildirib ki, Qırğızıstan beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində Azərbaycanın ərazi bütövlüyünə dair mövqeyinə həmişə tərəfdar olub. Azərbaycan Prezidenti iki ölkə arasında münasibətlərin dinamikasından, bunun qarşılıqlı əməkdaşlıq potensialını artırmaq əzmindən söz açıb.

Birinci Dövlətlərarası Şuranın geniş tərkibdə iclası olub

Bişkekdə Prezidentlərin iştirakı ilə Azərbaycanla Qırğızıstan arasında Birinci Dövlətlərarası Şuranın geniş tərkibdə iclası da keçirilib.

Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb

İclas başa çatdıqdan sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Qırğız Prezidenti Sadır Japarovun iştirakı ilə Azərbaycan-Qırğızıstan sənədlərinin imzalanması mərasimi olub. “Azərbaycan Respublikası və Qırğız Respublikası arasında Birinci Dövlətlərarası Şuranın iclasının Qərar”ını Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Prezidenti Sadır Japarov imzalayıblar.

Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər

Azərbaycan-Qırğızıstan sənədlərinin imzalanması mərasimindən sonra Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Prezidenti Sadır Japarov mətbuata bəyanatlarla çıxış ediblər.

Qırğızıstan-Azərbaycan Dostluq Parkı açılıb

Bişkekdə Qırğızıstan-Azərbaycan Dostluq Parkının açılışı olub. Parkın açılışında Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Prezidenti Sadır Japarov iştirak ediblər.

Qırğız Prezidenti Sadır Japarovun adından Azərbaycan Prezidenti İlham Əliyevin şərəfinə rəsmi qəbul da təşkil edilib. Sadır Japarov Ulu Öndər Heydər Əliyevlə bağlı fotoalbomu dövlətimizin başçısına təqdim edib.

Azərbaycan Prezidenti İlham Əliyevin Qırğızıstana dövlət səfəri barədə daha geniş materialı Kəpəzxəbərin saat 12.30 buraxılışında təqdim edəcəyik.