• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1875
— 10.10.2022 11:31

Diabet xəstəliyi

KepezTV Player

İnsan  həyatında ən gözəl məqam sağlamlıqdır.Belə bir həqiqət var ki,hər gün səhər yuxudan oyanıb günə başlayarkən birinci növbədə əhval ruhiyyəmiz və sağlamlığımız həmin günün necə keçməsinə təsir edir.Bəşəriyyət  yaranan gündən insanlar sağlamlıqlarını qorumaq üçün daima həll yolları tapmağa çalışıblar.Lakin vaxt və zaman sağlamlığımızı qorumaq və ya yoluxduğumuz həmin xəstəliyə müdaxilə etmək üçün gec olarsa vəziyyət bir qədər çətinləşir. Sağlamlığın qədrini bilmək üçün xəstə olmaq lazım deyil, elə deyilmi?  Bəs xəstə olmamaq üçün nə edək ,hansı nüansları diqqətdə saxlayaq?

 

Bu gün dünyada milyardlarla insanlar yaşayır.Hər kəsin həyat tərzi eynidirmi sualına “Hə” cavabını vermək  təbii ki,düzgün olmaz.Çünki ,burda xüsusi kateqoriyaya aid olan insanlarda var .Onların sağlamlıqları və həyat tərzləri hər kəsə bəllidir.ümumdünya səhiyyə təşkilatının verdiyi məlumata görə bu gün dünyada ən çox yayılan xəstəliklərdən biridə Diabet xəstəliyidir.Bəs diabet xəstəliyinin bu qədər geniş yayılmasında əsas səbəb nələrdir?Həkimlərin verdiyi məlumata əsasən düzgün qidalanmamaq və özünə düzgün qulluq etməmək diabet xəstəliyinin yayılmasının ən təməl səbəblərindən biri kimi görünür .