• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1027
— 09.10.2022 20:05

Gəncə və Mariupol şəhərlərindəki dağıntılarla bağlı videoçarx hazırlanıb

KepezTV Player

İkinci Qarabağ müharibəsi dövründə Ermənistan Silahlı Qüvvələri tərəfindən törədilən Gəncə terroru - şəhərin raket hücumuna məruz qalması, habelə 2 il sonra Ukraynanın Mariupol şəhəri ilə bağlı videoçarx hazırlanıb. Videoçarxda Ukraynanın Mariupol şəhərinin Rusiya hərbçiləri tərəfindən atəşə tutulması nəticəsində çoxsaylı dağıntılar, insan tələfatı ilə müqayisə edilir, oxşar faktlar arasında paralellik aparılır. İkinci Qarabağ müharibəsi dövründə Ermənistan Silahlı Qüvvələri tərəfindən Gəncə şəhərinə ümumilikdə 5 dəfə - 4, 5, 8, 11 və 17 oktyabrda raket və ağır artilleriya ilə hücum edilib. Nəticədə 26 nəfər şəhid olub, 175 nəfər yaralanıb, şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.