• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2311
— 09.10.2022 20:25

Gəncəyə düşmənin raket hücumları Xocalı soyqırmının davamıdır

KepezTV Player

Vətən müharibəsində döyüş gedən ərazilərdən kənarda yerləşən Gəncənin yaşayış məntəqələrinə ermənilərin raket atəşi nəticəsində törətdiyi terrordan artıq 2 il keçir. Amma bu zaman kəsiyində bütün  beynəlxalq qurum və təşkilatlar sözügedən vəhşiliyə qarşı susma mövqeyini seçiblər.

2-ci Qarabağ müharibəsində hərb meydanında yenilgini qəbul edə bilməyən Ermənistan həmişə olduğu kimi öz cavabını dinc əhaliyə hücum etməklə verdi.  Gəncənin ayrı-ayrı vaxtlarda raket hücumuna məruz qalması deyilənlərin əyani sübutudur. Bəşəri cinayət sayılan bu terror aktları nəticəsində kifayət qədər mülki insan dünyasını dəyişdi və yaralandı. Sanki düşmən  1992-ci il Xocalı soyqırımını xalqımıza təkrar yaşatdı. Elə bu dəhşətlərin canlı şahidləri də yaşadıqlarını Xocalı qətliamının acılarına bənzədirlər.

Hərbi cinayət olsa da, bu günədək Ermənistanın törətdiyi bu əmələ beynəlxaql müstəvidə heç bir hüquqi qiymət verilməyib, əksinə Qərb bununla bağlı susqunluq nümayiş etdirir. Ermənistanda isə Gəncənin dinc əhalisinə qarşı cinayət törədənlərin biri belə mühakimə olunmayıb

Gəncə şəhərinin ardıcıl raket hücumlarına məruz qalması nəticəsində aralarında qadın və uşaqlar da olmaqla 26 mülki şəxs həlak olub, 142 dinc sakin isə yaralanıb. Şəhərdə mülki infrastruktur obyektlərinə, tarix-mədəniyyət abidələrinə, o cümlədən nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.