• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2067
— 08.10.2022 20:40

Milli Şəhərsalma Forumu Qarabağın bərpasının sürətlənməsi üçün vacib addımlardandır

KepezTV Player

Ölkəmiz üçün prioritet məsələlərdən biri işğaldan azad edilən ərazilərin bərpasıdır. Bu istiqamətdə Azərbaycan öz daxili imkanları hesabına beynəlxalq təcrübə mübadiləsi ilə azad edilən ərazilərdə bərpa işlərini davam etdirir. Ağdam və Bakı şəhərlərində baş tutan milli şəhərsalma forumu da Qarabağın bərpasının sürətlənməsi üçün vacib addımlardandır.

Azərbaycan Milli Şəhərsalma Forumu şəhərlərin bərpası ilə bağlı beynəlxalq və çoxtərəfli əməkdaşlıq üçün unikal imkan yaratdı və şəhər ərazilərində böhranların aradan qaldırılmasına dair çətinliklərin müəyyən edilməsi və həllərin müzakirəsi ilə bağlı bilik və təcrübə mübadiləsi aparmaq üçün platforma rolunu oynadı.

Forumda 44 günlük Vətən müharibəsi nəticəsində işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında aparılan şəhərsalma, bərpa və quruculuq işlərindən geniş bəhs edildi. Burada tətbiq olunan texnologiyaların, unikal təcrübənin və Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasına xüsusi diqqət yetirildi.

Məhəmməd Əsədullazadə politoloq: Bu dünyay bir mesjdirki azerbaycan ermenistanin darmadagin etdiy erazileri bərpa edir. Bu həmdə ermənistaa bir mesajdir ki ermenistan uzun illerdir azerbaycanda vandalizm aktlari heytat keçirir....

Hər il keçirilməsi nəzərdə tutulan Azərbaycan Milli Şəhərsalma Forumunun nəticələrinə dair yekun Bəyannamə qəbul olundu. Bəyannamədə Forumun məqsədi və əhəmiyyəti qeyd edilərək mövcud əməkdaşlıq əlaqələrinin qorunub saxlanılması və yeni tərəfdaşlıqların qurulması üçün imkan yaranacaq.