• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1860
— 08.10.2022 20:41

Praqa görüşü sülhə daha da yaxınlaşdırdı

KepezTV Player

Praqa görüşü. Diplomatik müstəvidə Azərbaycan Prezidenti İlham Əliyevin  növbəti parlaq qələbəsi. Nə ermənipərəst mövqeyindən əl çəkməyən Fransanın, nə də sözü ilə əməli üstü-üstə düşməyən Ermənistanın manipulyasiyaları Azərbaycanı mövqeyindən döndərə bilmədi. Qətiyyət və prinsipiallıq 2 hissədən ibarət olan və 5 saatdan artıq çəkən görüşdə Azərbaycana qarşı hər hansı bir formada təzyiq cəhdinin baş tutmasına imkan vermədi.

İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti: Sülhə yaxınlaşırırq.

Bu açıqlama 4tərəfli Praqa görüşündən sonra verilən açıqlamada öz təsdiqini tapdı. “Azərbaycan və Ermənistan bir-birilərinin ərazi bütövlüyü və suverenliyini tanıdılar və bu xüsusda BMT Nizamnaməsi əsas sənəd kimi götürüldü”. Bu isə o deməkdir ki, faktiki olaraq Ermənistan Qarabağ üzərində Azərbaycanın hakimiyyətini tanıdı. Yəni  Qarabağ Azərbaycanın ayrılmaz hissəsi kimi təsdiqlənib. Açığı, ötən dövrün təcrübəsi Ermənistanın könüllü olaraq bu imkanı anlayıb sülh üçün iradə nümayiş etdirəcəyinə ciddi şübhələr yaradırdı. Bu mənada prezident İlham Əliyev doğru zamanı və məkanı seçməklə nəyi nə zaman etməyi bildiyini bir daha nümayiş etdirdi.

Azərbaycanın formalaşdırdığı siyasi konfiqurasiya İrəvana "yaxşı və daha yaxşı" arasında yox, "olum və ölüm" arasında seçim etmək imkanı yaradıb. Praqada əldə olunan ilkin razılaşmalar Ermənistan üçün faktiki son xilas imkanıdır. Nəinki hazırkı hakimiyyətə, eləcə də daxildəki revanşistlərə və diaspora tərəfindən idarə olunan siyasiləşmiş terror təsisatlarına. 10 noyabr bəyanatı ilə götürdüyü öhdəliklərin icrasından yayınmaqla kapitulyasiya aktının qarantına etdiyi hörmətsizlikdən sonra, İrəvanın Avropa Birliyinə də eyni münasibəti sərgiləmək kimi şansı yoxdur.

Praqa görüşü Azərbaycan diplomatiyasının və şəxsən Prezident İlham Əliyevin növbəti qələbəsi hesab edilir. Çexiyada Azərbaycanın maraqları dövlət başçısının timsalında layiqincə qorundu. Ermənistan isə bir daha suveren dövlət olmadığını göstərdi.